Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


31.10.2022  18:50 

Putin: “Azərbaycan tərəfi bu istiqamətdə fəal işləyir”





A+  A-

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. Bizim sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə təşəkkür edirəm”.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi təkbətək görüşü zamanı bəyan edib.

O, bildirib ki, bir qədər sonra başlayacaq üçtərəfli görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini təmin etməkdir.

“Bu gün yaranmış vəziyyətdən danışmaq, hələ həll olunmamış məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla bağlı iqtisadi xarakterli mühüm komponenti də qeyd edərdim: Biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Burada da, görünür, əlavə təkan vermək lazımdır. Mən bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, - deyə Putin qeyd edib.

Xəbər 1040 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +