Aysunun keçmiş əri gündəm oldu
Qətl törədən məktəbliyə hökm oxundu
Ukraynada nazirliklər ləğv edildi
“Abu Malik”i DTX ələ keçiribmiş
Rusiyadan Azərbaycana silahlı təcavüz çağırışları...
Peşə təhsilində ödənişlər niyə artırılıb?
Danışıqların üçüncü raundu: Nələr müzakirə olunacaq?
Zelenski 16 yeni səfir təyin edib
İranda Naxçıvan avtobusları niyə saxlanılıb?
Sabah 41 dərəcə isti olacaq - Hava


17.07.2025  10:25 

Millimiz Avropa birinciliyini 13 medalla başa vurdu





A+  A-

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.

+80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşdığından Məmmədzadə gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan yığması Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Boksçulardan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Xəbər 277 dəfə oxunub.



21.07.2025  15:01 

Aysunun keçmiş əri gündəm oldu

21.07.2025  14:34 

Ukraynada nazirliklər ləğv edildi

21.07.2025  13:08 

Zelenski 16 yeni səfir təyin edib

20.07.2025  13:15 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +