Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


04.03.2021  18:56 

Azərbaycanla Ermənistan arasında dəyişdirilən əsirlərin sayı açıqlandı





A+  A-

“Bu günədək rusiyalı sülhməramlıların vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 79 əsir dəyişdirilib”.
XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə erməni jurnalistin mübadilə olunan əsirlərin sayı ilə bağlı sualına cavab olaraq deyib.

“Bu problemə tərəflərin münasibəti fərqlidir. Məlumatlar mütəmadi. Rəsmi İrəvanın istifadə etdiyi rəqəmlər vaxtaşırı dəyişir. Bakıdan isə başqa məlumatlar verilir. Bu uyğunsuzluğu nəzərə alaraq birbaşa tərəflərlə əlaqə saxlamağınızı tövsiyə edirəm.

Hazırda rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib: 63-ü Ermənistan tərəfinə, 16-sı Azərbaycana təhvil verilib.

Rəsmi Moskvanın bu məsələdə mövqeyini bir daha ifadə etmək istəyirəm: ən optimal variant “hamının hamıya” prinsipidir.

Güman edirik, məsələnin tezliklə həll olunması tərəflərə faciəvi səhifələri bağlamağa və əsas diqqəti iqtisadi sahədə əməkdaşlığı müsbət yöndə inkişaf etdirmək üçün yönəltməyə imkan verəcək”.

Xəbər 1961 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +