Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu


03.11.2021  22:20 

“İsa Qəmbər tamaşaçılarla qeyri-səmimi davranır“





A+  A-

Siyasətlə məşğul olan hər kəs siyasətçi sayılmaz, necə ki, jurnalistika ilə məşğul olan hər kəs jurnalist sayılmır. Ona görə hər kəsin mənim dediklərimi anlaya bilməməsi başa düşüləndi, çünki insanların dərk etmə imkanları da eyni deyil. Məsələn, bir “tamada” mənim dediklərimə istehza edir və deyir ki, bu, Ermənistanın sonu olar. Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?

XezerNews.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rauf Arifoğlunun verilişində Xankəndinin Mehriyə dəyişdirilməsi barədə təklifinə bəziləri tərəfindən verilən reaksiyalara cavabında deyib.

Millət vəkilinin sözlərinə görə, İsa Qəmbər də tamaşaçılarla qeyri-səmimi davranır:

“İsa Qəmbər deyir ki, mənə qulaq asmayıb, amma dediklərimi müzakirə edir. Əvvəla, “Dağlıq Qarabağ” söz birləşməsini siyasi leksikonumuzdan çıxardığımız üçün Xankəndi dedim. Bundan başqa, siyasətdə bəzən siyasi mərkəzlərin adı çəkilir, məsələn, deyirlər ki, Bakının, yaxud Moskvanın bu məsələdə mövqeyi bu cürdür və s. Qarabağda ermənilərin yaşadığı ərazinin mərkəzi də Xankəndidir. Qərbi Zəngəzur torpaqları isə dünya tərəfindən Ermənistanın ərazisi kimi tanınır və Ermənistan vətəndaşları həmin ərazidə məskunlaşıb yaşayır. Həmin ərazidə Mehri şəhəri də ən iri üç yaşayış məntəqəsindən biridir.

Referendium yolu ilə ərazi mübadiləsi etməklə sərhədlərin dəyişdirilməsinə Konstitusiyamızın 11-ci maddəsi icazə verir. İsa Qəmbər onu istədiyi kimi danışmağa məcbur edən “tamada”ya deyir ki, biz torpaqlarımızın bir hissəsini digər tarixi torpağımıza dəyişə bilmərik. Bu sözü Tural Abbaslının müavini desəydi, başa düşmək olardı. Tarixçi olasan, bir neçə gün olsa da, dövlət başçısı funksiyalarını yerinə yetirəsən və anlamayasan ki, Ermənistanın bütün ərazisi Azrbaycan torpaqları olub və hazırda həmin ərazidə dünyanın tanıdığı Ermənistan dövləti qurulub, doğrudan da üzücüdür. Gənclər və xalq hərəkatının hələ də Müsavatda ilişib qalmış üzvləri başa düşməlidirlər ki, niyə bir il ərzində AXC hakimiyyəti süquta uğradı. Xankəndidə və ətrafında onsuz da Azərbaycanın vətəndaşlığını qəbul etməyən separatçı ermənilər yaşayır və ruslar da onları qoruyur. Mən vətəndaşlarımızın yaşadığı ərazini dəyişməyi təklif etməmişəm, nə qədər ərazi verəcəyiksə, Mehriqarışıq o qədər də ərazini Ermənistandan almağı təklif etmişəm. Bu təklifi verəndə söylədim ki, nə Ermənistan, nə də regionun böyük dövlətləri parçalanmış Azərbaycanın və türk dünyasının bütövləşməsinə razı olmaz. Birinci Qarabağ savaşı zamanı ermənilər İranla sərhəddi həyat yolu adlandırmışdılar. Təklifi isə ona görə səsləndirmişdim ki, ermənilər və Rusiya prezidenti sərhədlərin delimitasiyası zamanı ərazi mübadiləsinin zəruriliyi barədə danışmağa başlayıblar. Mən də qeyd etdiyim ərazi mübadiləsini gündəmə gətirməyin vacibliyini təklif etdim”.

Xəbər 1770 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +