Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


01.12.2018  09:11 

Boks Olimpiya oyunlarından çıxarıla bilər





A+  A-

2020-ci ildə Olimpiya oyunları Tokioda boks olmadan keçirilə bilər.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi (BOK) Tokioda keçirdiyi iclasda Beynəlxalq Federasiya onun tələblərini yerinə yetirməsə, bu idman növünü yarışmadan çıxaracağını açıqlayıb.

BOK Beynəlxalq Boks Federasiyasına (AİBA) rəhbərlik dəyişəcəyi təqdirdə olimpiya hərəkatına kölgə salacaq gizli məqamlara yol verilməyəcəyi tələbini irəli sürür.

Nə qədər ki, AİBA qaneedici məlumatları təqdim etməsə, BOK 2020-ci ildə Tokioda boks turnirin keçirilməsi planını donduracaq. AİBA-nın idarəetmə və maliyyələşmə məsələləri üzrə hesabatı BOK-u qane etməyib. Bununla belə Federasiyanın hakimlik və antidopinq sahəsindəki uğurlarını təqdir edib.

BOK AİBA-nın maliyyəşdirilməsi, bilet satışı, test tədbirləri və oyunların yekun qrafikinin hazırlanması proseslərini dayandırıb. Federasiyaya Olimpiya obyektləri, reklam materialları üçün rəmzlərindən istifadə qadağan edilib.

BOK-un müvəqqəti olaraq Olimpiya proqramına salmağı düşündüyü 3 idman növündən biri isə sambodur.

Xəbər 2866 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +