Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


04.01.2018  15:11 

Türkiyə tarixinin ən bahalı transferi gerçəkləşir





A+  A-

"Beşiktaş" Cenk Tosunun transferi üçün İngiltərənin "Everton" klubu ilə razılığa gəlib.
XəzərNews.az "BeİN Sports"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu üçün "Everton"un 27 milyon avro ödəniləcək.

İstanbul klubunun prezidenti Fikrət Orman "Everton" rəsmiləri ilə görüşündə əvvəllər təklif olunan məbləği daha 2 milyon avro yüksəltməyə müvəffəq olub. O, transferin həftəsonuna qədər rəsmiləşəcəyini vurğulayıb.

Cenk Tosunun transferində son mərhələyə gəlmişik. Klub qədər futbolçularımızın mənfəəti də əhəmiyyətlidir. Həftə sonuna qədər məsələ dəqiqləşəcək" deyə Fikrət Orman bildirib.

"Everton"un baş məşqçisi Sem Ellardaysın 26 yaşlı hücumçunu "Liverpul"a qarşı yanvarın 5-də keçirəcəkləri İngiltərə Federasiya Kuboku matçında heyətə daxil edəcəyi bildirilir.

Qeyd edək ki, Cenk Tosun Türkiyənin ən bahalı futbolçusu statusunu qazanacaq.

Xəbər 3083 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +