Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.06.2017  15:34 

Azərbaycan və İran parlametinin sədrləri görüşüb





A+  A-

Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov iyunun 27-də İran İslam Respublikası İslam Şura Məclisinin sədri Əli Laricani ilə görüşüb.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Tərəflər dost, mehriban qonşular olan İran və Azərbaycan arasında əlaqələrin inkişafında prezidentlərin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Əli Laricani ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, parlamentlərin də öz növbəsində bu münasibətlərin dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, bu çərçivədə hökumətlərarası komissiyanın fəaliyyətini təqdir edib. Bildirib ki, komissiyanın iclaslarında ölkələrimizin müxtəlif istiqamətlər üzrə əməkdaşlığının inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunur, bu da öz növbəsində əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərir.

İran İslam Respublikası İslam Şura Məclisinin sədri Əli Laricani iki ölkə arasında əlaqələrin inkişafında heç bir maneə görmədiyini, Azərbaycanın İran üçün dost, qardaş və yaxın qonşu olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov xalqlarımız arasında mövcud olan tarixi və mədəni bağlılığın münasibətlərimizin qarşılıqlı anlaşma üzərində inkişafına təkan verdiyini, əlaqələrin hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini deyib.

Müstəqillik illərində hər iki ölkənin prezidentləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əməkdaşlığımız üçün yeni imkanlar açdığını, istiqamətlər müəyyənləşdirdiyini bildirən O.Əsədov ötən müddətdə münasibətlərimizin möhkəm hüquqi bazasının formalaşdırıldığını diqqətə çatdırıb.

Milli Məclisin sədri Azərbaycan-İran münasibətlərinin inkişafında iki ölkənin parlamentlərinin vacib rolunu vurğulayaraq, son illər qanunverici orqanlar arasında əməkdaşlıqda hiss olunan dinamikanı, qarşılıqlı səfərlərin və görüşlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib.

Oqtay Əsədov Azərbaycan ilə İran arasında iqtisadi münasibətlərin inkişafı istiqamətində görülən işlərdən danışıb, bu çərçivədə hər iki ölkənin böyük potensialından istifadə olunmasının zəruriliyini vurğulayıb.



Xəbər 3172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +