Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


17.02.2022  14:03 

“Kadrların seçimində problemlər var” - Deputat





A+  A-

“Korrupsiya faktlarına görə Müdafiə Nazirliyində olan həbslər çox ciddi məsələdir. Mütləq sonacan araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa son günlər korrupsiya faktlarına görə ordudakı həbslərlə bağlı danışarkən deyib.

Millət vəkilinin fikrincə, orduya həm ictimai, həm də parlament nəzarəti olmalıdır:

“Ələlxüsus parlament nəzarətini vacib sayıram. ATƏT-ə daxil olan ölkələrin içində yeganə ölkə Azərbaycandır ki, nə müdafiə sisteminə parlamentin nəzarəti var, nə də təhlükəsizlik sektoruna. Son illərdə baş verənlər göstərdi ki, məhz bu nəzarətin olmaması ucbatından belə korrupsiya halları baş verir. Parlament nəzarəti olsa, hansısa neqativ təzahürlər dərhal müzakirə olunsa, belə hallar da azalar. 44 günlük Vətən Müharibəsindən sonra Prezident, Birinci vitse-prezident səviyyəsində bütün imkanlar səfərbər olunub ki, narazı, imkansız qazi, şəhid ailəsi qalmasın. Yəni bütün imkanlar buna səfərbər olduğu bir vaxtda, kimsə onların mənsub olduğu sistemin üstündə “oturub”, xımır-xımır pul yeyir. Bu, mənəvi cəhətdən də böyük bir faciədir”.

F. Mustafa deputatların ordu və təhlükəsizliklə bağlı məsələləri parlamentdə müzakirə edə bilmədiyindən şikayətlənib:

“Prezidentə, dövlətə guya, sədaqətli adamlar postlara təyin olunur. Amma məmurlar təyin olunan kimi ilk özünün komfortunu düşünür, cəmiyyət, dövlət qarşısında heç məsuliyyət daşımırlar. Kadrların seçimi məsələsində də çox böyük problemlər var. Niyə Müdafiə Nazirliyində yeyinti və orduda neqativ hallar baş verib? Çünki nəzarət mexanizmi yoxdur. Biz Milli Məclisdə ordu və təhlükəsizliklə bağlı məsələləri müzakirə edə bilmirik. Bu müzakirələr bərpa edilməlidir.

Hesablama Palatası ən prinsipial orqanlardan biridir, amma Müdafiə Nazirliyi qapalı bir qurumdur. Ola bilər ki, Hesablama Palatası nələrisə aşkarlasa belə nəticə olmur. Çünki elə qurumlar var ki, yoxlamalar aparılır, lakin hər hansı bir şəkildə ictimaiyyətə açıqlana bilmir, lakin müvafiq qurumlara, şəxslərə göndərilir”.


Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin 4 yüksəl rütbəli əməkdaşı milyonlarla manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunub.

Xəbər 3817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +