Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?
İqtisadiyyatımız ciddi təzyiq altında: İxrac azalır, idxal artır
Azərbaycanda dizel və Aİ92 bahalaşacaq?


16.12.2021  16:27 

Azərbaycan hökuməti bu şəxslərə TƏZMİNAT ödəyəcək





A+  A-

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib.

XəzərNews.az “Aihmaz.org”a istinadən xəbər verir ki, qərarlardan biri iddia edilən pozuntuları etiraf edən hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb, bir qərarda tərəflər dostca anlaşıblar, sonuncu qərarda şikayət qəbul edilməz sayılıb.

Şirinli və Əmrah Azərbaycana qarşı

Hər iki iş ərizəçilərin – Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri ilə bağlı idi. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.

Ərizənin komunikasiyası zamanı hökumət, ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş vediyini etiraf edib, buna görə ərizəçilərə təzminat ödəməyə razı olduğunu ifadə edən birtərəfli bəyannamə təqdim edib. Ərizəçilər bəyannamənin şərtləri ilə razılaşmasalar da AİHM ərizəni bəyannamənin şərtləri əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.

Mirzəbəyov və başqları Azərbaycana qarşı

Bu iş ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi. Yerli məhkəmələrin çıxardıları qərarlar icra edilməmişdi. Ərizəçilər onlara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş verdiyini iddia edirdilər.

Kommunikasiya zamanı tərəflər AİHM-ə dostca anlaşma təqdim etdiklərinən, Məhkəmə ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verdi.

Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.

Əsgərov Azərbaycana qarşı

Bu işdə ərizəçi sahibi olduğu ət kəsimi və email müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.

AİHM bu şikayəti əsaslı saymayıb rədd etdi. Məhkəmə həmçinin, hesab etdi ki, bu işdə hökumət fərdi şikayət hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib (bu, ərizəçinin nümayəndəsinin ofisində axtarış aparılması və sənədlərin götürülməsi xüsusatı ilə əlaqəli idi).

Xəbər 2692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +