Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto


17.07.2021  10:06 

Sağalanların bəzilərinə 2, digərlərinə isə 1 doza vurulur - Səbəb





A+  A-

Azərbaycanda COVID-19 virusuna yoluxub sağalan şəxslərin “İmmunitet sertifikatı”nın müddətinin uzadılması ilə bağlı iki fərqli qayda tətbiq edilir. Məlum olduğu kimi vətəndaşın virusa yoluxub sağaldığı gündən etibarən ona 6 aylıq “İmmunitet sertifikatı” verilir. Bu müddət başa çatdıqdan sonra isə həmin şəxsin vaksin (2 doza) vurdurması tələb olunur. İyulun 2-də dövlət səhiyyə qurumları “İmmunitet sertifikatı” olan şəxslərin istənilən vaksindən 1 doza qəbul etdikdə sertifikatın müddətsiz uzadılacağını açıqlayıb.
Lakin iyulun 14-də həmin qurumlar təkrar açıqlama verdilər ki, 1 doza tələbi yalnız iyulun 2-dən sonra vaksin vurduranlara aiddir. Yəni, iyulun 2-dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Səhiyyə Nazirliyindən XəzərNews.az-a bildirilib ki, “İmmunitet sertifikatı”nın müddəti 2 iyuldan öncə, məsələn may ayında bitən şəxslər də 1-ci doza vaksini iyulun 2-dən sonra vurdursa, onların sertifikatının müddəti uzadılacaq.

Bu prosesdə meyar olaraq məhz 2 iyul tarixi seçilməsi narazılıq yaradıb. Sosial şəbəkələrdə bu qərarla bağlı tənqidedici fikirlərini bölüşən şəxslər iyulun 2-dən öncə vaksin vurduran şəxslə iyulun 2-dən sonra vaksin vurduran şəxs arasında tibbi baxımdan hansı fərqlər yaranması haqda sual ediblər.

Vətəndaşlarda maraq yaranıb ki, iyulun 3-də 1 doza vaksin vurduran şəxsin sertifikatının müddəti uzadıldığı halda iyulun 1-də 1 doza vaksin vurduran şəxsin immunitet sertifikatının müddətinin uzadılmamasının əsası nədir?

İyulun 1-də vaksin vurduran şəxs 2-ci dozanı vurdurmalıdır, iyulun 3-də vaksin vurduran şəxsin isə buna ehtiyacı yoxdur.

Bəs görəsən, 1 doza vaksin vurduran şəxsin virusa qarşı immuniteti güclü olacaqmı?

Əgər iyulun 3-də vaksin vurduran şəxsi 1 doza vaksin qoruya bilirsə, həmin vaksin iyulun 1-də 1 doza peyvənd qəbul edən şəxsi niyə qorumur?

Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə “Qafqazinfo”nun bununla bağlı sualına cavab olaraq bildirib ki, sadəcə qərar verildiyi andan qüvvəyə mindiyi üçün bu sistem 2 iyuldan hesablanmağa başlayıb.

Xəbər 3761 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +