Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


28.12.2019  13:19 

Hacı Madər: “Yenidən seçilsəm, yenə də əlimdən nə gəlirsə, edəcəyəm”





A+  A-

V çağırış Milli Məclisin deputatı Hacı Madər Musayev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
XəzərNews.az-ın məlumatına görə, M.Musayev Pravda.az-a açıqlamasında deyib ki, namizədliyini 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürüb: “Artıq seçici imzaları toplanılaraq dairə seçki komissiyasına təqdim edilib. İnanıram ki, seçicilər bu dəfə də mənə səs verəcəklər. Seçki azaddır, hər kəs özünü sınaya bilər, qiyməti seçici verir”.

Deputat namizədliyini yenidən irəli sürməsinə görə səsləndirilən tənqidlərə də münasibət bildirib: “Azərbaycan qanunvericiliyində deputatlığa namizəd üçün yaş həddi nəzərdə tutulmayıb. Azərbaycanın səsvermə hüququ olan hər bir vətəndaşı seçkilərdə iştirak edə, nazmizədliyini irəli sürə bilər. Kiminsə 80 yaşı varsa, bu o demək deyil ki, o, deputatlığa namizəd ola bilməz. Bundan başqa, bir şəxsin bir neçə dəfə deputat seçilməsinə də məhdudiyyət qoyulmur. Belə olan halda, səsləndirilən fikirlər əsassızdır. Əsas qanundur, qanun da bunu məhdudlaşdırmır. Kim istəyirsə, namizədliyini irəli sürsün, görüşlər keçirsin, vətəndaşlarla təmasda olsun, potensialını ortaya qoysun. Bu, onların öz işidir. Milli Məclis seçkili orqandır. Deputatlığa namizəd olmağım kiməsə əngəl törətmir. İddia edirlər ki, əvvəlki seçkilərdə digər namizədlərə maneələr yaratmışam, bununla bağlı məsələ Avropa Məhkəməsində araşdırılıb. Belə bir şey olmayıb, uydurma iddialardır. Tənqid etsinlər, ona iradım yoxdur, amma yalan yazmasınlar. Mən 5 dəfə müstəqil şəkildə deputat seçilmişəm, ərazi üçün də etdiklərim göz qabağındadır. İndiyə qədər necə işləmişəmsə, bundan sonra da elə olacaq. Xalqı bir – iki dəfə aldatmaq olar, əgər işləməsəydim, bu müddət ərzində deputat olmazdım. Seçici etimad göstərir, çünki heç vaxt xalqı aldatmamışam. Seçicilərim məni yaxından tanıyır. Yenidən seçilsəm, yenə də əlimdən nə gəlirsə, edəcəyəm”.

Xəbər 3729 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +