Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


04.09.2018  16:52 

Pirverdiyevlə bağlı PA-dan açıqlama - Nöqsanlar aşkar edilib





A+  A-

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdı.
XəzərNews.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərtac-a daxil olan xəbərə görə, baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Prezident tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilmişdi.

Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Prezident Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Xəbər 2812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +