Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


28.02.2017  09:57 

“Ermənilər apreldə itirdiklərini geri qaytarmağa çalışır”





A+  A-

“Təmas xəttində baş verən son hadisələr nəticəsində ermənilər birdəfəlik əmin oldular ki, onlar Azərbaycan torpaqlarında nəinki qalıb möhkəmlənə, imkanlarını genişləndirə bilərlər, əksinə, yaxın zamanlarda burada əldə etdikləri bütün mövqeləri geri verməli olacaqlar”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, Ermənistan tərəfindən təmas xəttində törədilən son təxribatın arxasında birmənalı şəkildə onun təcavüzkar siyasəti və bu siyasət nəticəsində güddüyü maraqlar, eyni zamanda, Ermənistanı bir alət kimi istifadə edən müəyyən dairələrin maraqları dayanır.

Ermənistanın hazırda status-kvonun uzanması, onun saxlanması üçün səylər göstərdiyini vurğulayan B.Muradova əlavə edib ki, Ermənistan aprel döyüşlərində itirdiyi mövqeləri geri qaytarmağa çalışır: "Məqsəd də budur. Ona görə də vaxtaşırı belə təxribatlarla Azərbaycan ərazisinə soxulmaq istəyir və çox layiqli də cavabını alır".

B.Muradova əlavə edib ki, Azərbaycan vətəndaşlarının getdikcə daha çox artan əzmi, cəsarəti, Ordunun döyüş qabiliyyətinin getdikcə daha çox yüksəlməsi ermənilərə onların bu hərəkətlərinin qarşısını qəti şəkildə alacağı barədə həqiqətləri anladır:

"Ermənilər həm aprel döyüşlərində, həm də törətdikləri son təxribatlardan sonra anladılar ki, Azərbaycanla əvvəlki dildə danışa bilməzlər. Ermənilər son hadisələrdə bir daha öz qəti cavablarını aldılar. Onlar birdəfəlik əmin oldular ki, Azərbaycan ərazisində qalıb möhkəmlənə bilməzlər".

Xəbər 4518 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +