Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


24.12.2024  15:33 

“Nizami: daxili aləm“ sənədli filminin təqdimatı keçirilib -Fotolar





A+  A-

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə türk kinematoqrafçıları tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə (1141-1209) həsr edilmiş "Nizami: daxili aləm" adlı sənədli film çəkilib

Xəzərnews.az xəbər verir ki, Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə rəsmilər, tanınmış mədəniyyət xadimləri, filmin yaradıcı heyəti və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ekran əsəri haqqında məlumat verilib. Qeyd olunub ki, sənədli film Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji bir layihənin uğurlu nümunəsi kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu sahədə əməkdaşlıq Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” edilməsi haqqında sərəncamına uyğun olaraq başlayıb və Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə geniş təbliği məqsədi daşıyır. Filmin çəkilişi zamanı beynəlxalq təcrübəyə malik peşəkar yaradıcı heyət və ekspertlərlə birgə intensiv iş aparılıb.

“Nizami: daxili aləm” sənədli filmi Nizaminin fəlsəfi baxışlarını, düşüncə dərinliyini və nadir intellektual zəngin irsini müasir təqdimat üslubu ilə tamaşaçılara çatdırmağı hədəfləyir. Film dahi şairin ideyalarını təkcə Azərbaycan və Türkiyədə deyil, dünya səviyyəsində də tanıtmaq baxımından təqdirəlayiq addımdır.

Daha sonra "Nizami: daxili aləm" sənədli filmi nümayiş olunub.

Filmin ssenari müəllifi Kristina Lin Morelli, rejissoru və prodüseri Atakan Kerküklü, icraçı prodüserləri Atakan Kerküklü, Abdulkadir Karakelle, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru isə Bahəddin Dastandır.

Ekran əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.











Xəbər 5667 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +