“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? – Ekspertdən AÇIQLAMA
“Delta Telekom”a kiberhücum olub
Direktor olmaq istəyərkən 20 000 manat ziyana düşdü
Fərid Zeynalov DOST-dakı vəzifəsindən nazirliyə getdi
Zelenski Rusiyanın şərtlərindən birini rədd etdi
Avtobus sürücüsü sükan arxasında “Tiktok” izləyir
Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı


20.08.2025  12:53 

“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb





A+  A-

"Kontakt Home" mağazalar şəbəkəsi yenidən müştəri narazılıqları ilə gündəmdədir. Şirkət cəlbedici reklam kampaniyaları və sərfəli satış təklifləri ilə bazarda geniş şəkildə tanınsa da, mağaza ilə bağlı şikayətlər səngimir. Sosial şəbəkələrdə alıcılar tez-tez məhsullarda yaranan texniki nasazlıqlardan, müştəri xidmətlərinin zəif fəaliyyətindən, servis xidmətinin isə effektsizliyindən gileylənirlər. Hətta əlavə ödəniş qarşılığında təqdim olunan "Qızıl zəmanət"in yalnız kağız üzərində qaldığı iddia edilir.

Şikayətçilərdən biri Quba sakini Əflatun Alxasovdur.

XəzərNews.az xəbər verir ki, o, Bakupost.az -a açıqlamasında şirkəti istehlakçı hüquqlarını pozmaqda və nasaz məhsullar satmaqda ittiham edir.

Ə.Alxasovun bildirdiyinə görə, iki ay əvvəl “Kontakt Home”un Xalqlar filialından nəğd qiyməti 800 manat olan Samsung A36 markalı telefonu yekun ödəniş 1200 manat hesablanmaqla kreditlə alıb. Bundan sonra isə ondan xəbərsiz əlavə ödənişlər tutulub:

“Akaunt açılması üçün mənim xəbərim olmadan və mənə məlumat verilmədən 80 manat tutuldu. Həmçinin “Qızıl Zəmanət” adı ilə 160 manat ödəniş tələb olundu”, – deyə şikayətçi bildirib.

Alıcı iddia edir ki, telefonda qısa müddət ərzində nasazlıq yaranıb. “Kontakt Home”a müraciət etdikdə cihaz servisə göndərilsə də, problem həll olunmayıb:

“Dəfələrlə müraciət etməyimə baxmayaraq, “Qızıl Zəmanət” üzrə öhdəliklərini yerinə yetirmirlər.Hazırda həm mənəvi, həm də maddi olaraq böyük sarsıntı keçirirəm”.

Əflatun Alxasov əlavə edib ki, məsələ həllini tapmasa, məhkəməyə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirib:

“Problemim həll olunmasa, son çıxış yolu olaraq Prezidentimiz cənab İlham Əliyevə məktub ünvanlayacağam. Ölkə qanunlarını heçə sayan iş adamları bilməlidirlər ki, dövlətimizdə hər bir vətəndaşın hüquqları qorunur”.

Sözügedən iddialarla bağlı “Kontakt Home”a sorğu ünvanlasaq da, şirkətin PR meneceri Vəfa Rüstəmova məsələylə bağlı heç bir açıqlama vermədi. Lakin Əflatun Alxasovun saytımıza bildirdiyinə görə, sorğudan sonra şirkətin digər nümayəndəsi onunla əlaqə saxlayaraq problemin müştəridən qaynaqlandığını bildirib. Şirkət əməkdaşı qeyd edib ki, cihazda nasazlıq 14 gündən sonra yarandığı üçün mağaza məsuliyyət daşımır.

Alıcı isə bu izahı əsassız sayır:

“Telefonumda problem 15-ci gündə yarandı. Mən nə etməliyəm? 16 gündən, lap 1 aydan sonra olub. Axı mən 1 illik qızıl zəmanətlə telefon almışam. Bir sözlə, nağıl danışırlar”.

Xəbər 835 dəfə oxunub.




21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi

21.08.2025  15:34 

Sabah iki rayonda qaz kəsiləcək

21.08.2025  15:00 

Ölkədə internet çökdü

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq


BÜTÜN XƏBƏRLƏR +