Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur


09.10.2023  17:17 

Aparıcı Yusif Ağayev TV-ləri tənqid etdi





A+  A-

Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, tez-tez telekanal rəhbərlərinə irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil.

Tez-tez hansısa verilişdən efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərliyi tənqid olunur.

Bəzənsə bunun səbəbinin qeyri-peşəkar aparıcılar olduğu iddia edilir.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a uzun müddətdir televiziyalardan uzaq düşən aparıcı Yusif Ağayev danışıb.

Yerli teleməkandakı vəziyyətdən danışan aparıcı sponsoru olmadığı üçün efirlərdən uzaq düşdüyünü açıqlayıb:

“Mən 25 ildir ki, 106 FM radiosunda çalışıram. Kimsə radio dinləmirsə, bu mənim günahım deyil. O ki qaldı televiziyadan uzaq düşməyimə, bu sponsorla bağlıdır. Sponsorum yoxdur, efirdə yoxam, burada qeyri-adi heç nə yoxdur. Sponsor tapanda efirə çıxacağam”.

Y.Ağayev peşəkarların telekanallara buraxılmadığını iddia edib:

“Mən hər zaman bu fikri demişəm, bu gün də deyirəm və altından qırmızı xətt çəkirəm: Bu gün televiziyalar peşəkar aparıcıların üzünə açıq deyil. Televiziyalar peşəkar aparıcıların üzünə yalnız sponsor tapanda açıqdır. Fərq etməz, semiçka satan da olsan, əgər sponsorun varsa, telekanala gələ bilərsən. Bu zaman qapıları üzünə açacaq, ayağının altına qırmızı xalça sərəcəklər və buyur, gəl keç yuxarı başa deyəcəklər. Bunu mən - Azərbaycanda ilk və yeganə “Tərəqqi” medalının sahibi olan bir aparıcı kimi deyirəm. Sözlərimin arxasındayam, dediklərimin altını cəzaraq və 3 nida işarəsi ilə deyirəm. Televiziyalar yalnız sponsoru olanların üzünə açıqdır. Peşəkar aparıcıların üzünə qapılar bağlıdır!!!”

Xəbər 4471 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +