Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


27.08.2021  09:05 

Taekvondoçumuz gümüş medal qazandı





A+  A-

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.
XəzərNews.az xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.

Turnirin üçüncü yarış günündə kiçikyaşlı yeniyetmə idmançımız medala sahib olub. Belə ki, “Ümid” taekvondo klubunu təmsil edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək, finala vəsiqə qazanıb.

Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.

Xəbər 3569 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +