Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


17.02.2021  18:21 

Putin Sovet ənənəsinə qayıdışı təsdiqlədi: Ərzaqlar talonla satılacaq





A+  A-

Rusiya prezidenti Vladimir Putin yoxsullar üçün talon tətbiq etmək barədə düşünməyi təklif edib.
XəzərNews.az Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüş zamanı əhalinin yoxsul təbəqəsi üçün ərzaq talonlarının tətbiqi barədə düşünmək təklifi ilə razılaşıb, amma bu məsələ ilə bağlı problemlər olduğunu da qeyd edib.

Dövlət başçısının sözlərinə görə, aztəminatlı vətəndaşlar üçün ərzaq talonları məsələsi artıq hakimiyyətin diqqət mərkəzindədir və sözügedən ideyanın müsbət tərəfləri müşahidə olunmaqdadır.

”Düzdü, fikrimcə, indi bu məsələ epidemiyanın tüğyan etdiyi dönəmlərdəki qədər aktual deyil, amma bu barədə düşünməyə dəyər.”,-deyə Putin vurğulayıb.

Daha əvvəl yoxsullar üçün ərzaq talonlarının və sosial qida proqramının tətbiqinin gərəkliliyi barədə İctimai Palatanın aqrosənaye kompleksinin inkişafı komissiyasının rəhbəri Yuliya Ogloblina söz açmışdı. Onun sözlərinə görə, əsas ərzaq məhsullarının qiymətlərinin müvəqqəti dondurulması problemi həll etməyəcək və buna uyğun gəlir artımı isə gözlənilmir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında RLDP (red.Rusiya Liberal Demokrat Partiyası) fraksiyasından olan bir qrup millət vəkilinin (17 Fevral görüşündə sertifikatlar məsələsini partiya lideri Vladimir Jirinovski qaldırmışdı), eləcə də senatorlar Sergey Leonovla İvan Abramovun ərzaq sertifikatları ilə bağlı qanun layihəsi hazırladıqları məlum oldu. Deputatların fikrincə, həmin sertifikatlar adambaşına nəzərdə tutulmuş məbləğdən aşağı gəliri olan Rusiya vətəndaşlarına verilməlidir.

Bu arada Novosibirskdə yerli deputatlar 2022-ci ildən etibarən elektron ərzaq kartları tətbiq etməyə hazırlaşır. Sözügedən təşəbbüs ərazisinə görə ölkənin üçüncü böyük şəhəri olan Novosibirskdə sakinlərin səkkiz faizinin yemək almağa pulu çatmaması ilə izah edilir.

Xatırladaq ki, ərzaq məhsullarının talonla satılması ənənəsi SSRİ dönəmində tətbiq edilib.

Xəbər 3882 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +