Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


08.07.2020  10:27 

Tarixdə QİÇS-dən sağalan 3-cü insan





A+  A-

Elm adamları, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının antiretrovirus dərmanlar və nikotinamidin (B3 vitamini) aqressiv birləşməsi ilə tam müalicə olma ehtimalının olduğunu bildirib.
XəzərNews.az "Science" nəşrinə istinadən xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindən olan 36 yaşlı pasiyentdə müalicə kursu nəticəsində viral hissəciklərin sayı sıfra enib və 2019-cu ilin mart ayında terapiyanın dayandırılmasından bu günə qədər qanında İİV aşkarlanmayıb.

Bununla yanaşı, pasiyentin qanında antikorların sayı da azalaraq limfa düyünlərində və bağırsaqlarda yoluxmuş hüceyrələrin olmamasını göstərən səviyyəyə enib. Mütəxəssislər bildirir ki, adətən antiretroviral dərmanlar qəbul edən və müalicəsini dayandıran insanların əksəriyyətində virus yükü bir neçə həftə ərzində yenidən artmağa başlayır.

Buna baxmayaraq, alimlər San-Pauludan olan xəstənin İİV-dən sağaldığını dəqiq bilmir. İndi alimlər virusun yoxluğunu tam təsdiqləmək üçün limfa düyünlərini və bağırsaq toxumalarını araşdırmalıdılar.

HİV-in məğlub edilməsi çox çətindir, çünki patogen, digər retroviruslar kimi, genetik materialını insan hüceyrələrinin DNT-sinə daxil etməklə gizlənir və bununla immunitet sistemindən yayına bilir .

Daha əvvəl antiretrovirus terapiyadan sonra bəzi sağalma xəbərlərinin vaxtından əvvəl alınmış qənaət olduğu məlum olub. Məsələn, Missisipi ştatında azyaşlı bir pasiyentin xəstəlikdən sağaldığı bildirilsə də, müalicə kursu dayandırıldıqdan iki il sonra pasiyentin bədənində virus yenidən ortaya çıxmışdı.

Xəbər 3283 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +