Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


11.01.2020  19:45 

Feysbuk və instaqram Süleymanini dəstəkləyən yazıları silir





A+  A-

Amerikanın Feysbuk şirkəti eyniadlı sosial şəbəkədən və ona aid instaqramdan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymanini dəstəkləyən qeydləri silir.
XəzərNews.az xəbər verir ki, bu barədə “CNN” telekanalına şirkətin nümayəndəsi məlumat verib.

Feysbukdan bildirilib ki, onlar ABŞ-ın sanksiya şərtləri əsasında işləyirlər. Mənbənin sözlərinə görə, bəzi məhdudiyyətlər ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığına münasibəti ilə əlaqədardır. Qeyd olunur ki, ABŞ-ın “qara siyahı”sında olan şəxsləri tərifləyən və ya hərəkətlərini davam etdirməyə çağıran şəxslərin hesabları silinir.

Telekanalın məlumatına görə, İranda sosial şəbəkələri boykot etməyə çağırışlar edilib və hesabın silinməsi ilə bağlı şikayətlər üçün hökumət saytında bölmə yaradılıb. Qeyd olunur ki, İslam Respublikasında feysbuk və tvitterə giriş qadağası da daxil olmaqla, ötən ilin noyabrında internet bağlanıb.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Q. Süleymaninin yanvarın 7-də dəfn edilməsi nəzərdə tutulsa da, mərasimdə izdiham yaşandığından təxirə salınmışdı. Belə ki, izdiham nəticəsində 78 nəfər ölmüş, 213 nəfər xəsarət almışdı. Ona görə də iranlı general yanvarın 8-də dəfn edilmişdi.

Xəbər 2933 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +