Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


21.11.2019  16:05 

Badamdar sürüşmə zonasında GƏRGİNLİK - Evlər sökülə bilər





A+  A-

“Paytaxtın bir sıra sürüşmə zonalarında aktivləşmə müşahidə edilir”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Ə.Qaralovun sözlərinə görə, xüsusilə Abşeron yarımadasında, “Nübar” qəsəbəsində, Zığ, Masazır, Zərgül deyilən ərazilərdə olan sürüşmə sahələrində nisbi gərginlik, yəni sürüşmə parametrlərində müəyyən artımlar qeydə alınıb:

“Badamdar sürüşmə sahəsində stabil gərginlik hökm sürür. Gələcəkdə baş verə biləcək sürüşmənin qarşısının alınması üçün hazırda ərazidə terras əmələgəlmə işləri aparılır.

Ərazidəki yol nəqliyyat vasitələri üçün açıqdır. Sürüşmə kütləsinin üzərində bərkitmə, terras əmələgəlmə işləri aparılır.

Sürüşmənin qaş hissəsində yerləşən 9 ev ki göstərmişdik, həmin evlərin həyətində ağır texnika işləyir, hasarları sökülüb. Evlər söküləcək yoxsa yox, bu barədə indidən fikir bildirə bilmərəm. Hazırda texnika ərazidədir. Yaxın günlərdə evlərin sökülüb-sökülməyəcəyini görəcəyik”.

Nazirlik rəsmisi qeyd edib ki, regionlardakı sürüşmə zonalarında ciddi dəyişikliklər yoxdur:

“Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində yol çəkilir. Orada müəyyən istinad divarları tikilir. Ərazi ümumilikdə sürüşməyə meylli ərazilər sırasındadır. Orada zaman-zaman sürşümələr baş verib. Bunun qarşısının alınması üçün yol tikinti idarəsi tərəfindən istinad divarları tikilib. Orada əmələ gələn çatlar əsasən intensiv yağışlarla əlaqdardır”.

Xəbər 3019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +