Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


16.08.2019  16:06 

Ucar polisi naməlum məxluqu tutmağa çalışır





A+  A-

Yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqu tutmaq üçün Ucar rayonunun Çiyni kəndi ərazisində ardıcıl dördüncü gündür polis postları qoyulur.
XəzərNews.az bildirir ki, bu barədə Oxu.az-a Ucar Rayon Polis İdarəsindən məlumat veriblər.

Gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybət haqqında söhbətlər bir neçə gündür səngimir. Qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxurlar.

Kəndlilər deyirlər ki, məxluq qara rəngdədir, insan kimi düz yeriyir və sürətlə qaçır.

"Biz kəndin ətraf ərazilərində naməlum varlığın gizləndiyini düşünmürük, lakin hər halda ərazidə axşamlar postlar qoyuruq. Kənd sakinlərinin qorxusunun isə əsası yoxdur – bu məxluq indiyədək heç kəsə zərər verməyib, ev heyvanları və quşları öz yerindədir. Onların sözlərinə görə, üstəlik, o, insan görəndə qaçır", - polisdən deyiblər.

Polis əməkdaşlarından biri, serjant iddia edir ki, naməlum canlını özü görüb. Onun sözlərinə görə, məxluq onun evinin qapılarına gizlicə yaxınlaşıb və onu görərkən tez gizlənib.

Asayiş keşikçiləri qeyd ediblər ki, Çiyni kəndi bir neçə il əvvəl Qoşaqovaq kəndində gecələr gəzən naməlum məxluqlara görə vahimə yaranmış Ağdaş rayonu ilə sərhəddə yerləşir. Yeri gəlmişkən, burada da polis postları qurulmuşdu, lakin heç kim tapılmamışdı.

Ağdaş rayon sakinlərinin iddiasına görə, həmin varlıqlar adi insanın keçə bilmədiyi tikanlı məftilləri, hündür divarları asanlıqla aşırdılar.

///Oxu.Az

Xəbər 4428 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +