Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


04.06.2019  17:11 

2 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi





A+  A-

Baş Prokurorluq Siyəzəndəki qəzayla bağlı açıqlama yayıb.
XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində Yaşar Əliyev “Mercedes Benz” markalı 90-NH-489 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşmış, nəticədə avtomobildə olan sərnişinlər - Larisa Lapina və Mövlüd Əmraslanovun hadisə yerində vəfat etmələri, Nəzrin Hacıbalayevanın isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Yaşar Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Y.Əliyev iyunun 3-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 2810 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +