Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


17.12.2018  17:56 

Darıxdığına görə oğurluq edənə 9 il iş istədilər





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədova cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək C.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 27-də davam etdiriləcək.

Belə ki, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində qonşusu Nicat Əhmədovun evinə girərək yatan Elnarə Əhmədovanı xəncərlə hədələyərək 150 manat istəyib. Səsə oyanan Nicat Əhmədov onu zərərsizləşdirib.
Bundan öncəki iclasda ifadə verən C. Əhmədov deyib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib: "Ordan çıxıb sərxoş vəziyyətdə evə getdim. Anamla tək qalırdım, bekarçılıqdan ürəyim sıxılırdı, darıxırdım. Evdən suvenir xəncəri götürüb o evə getdim, elə bilirdim orada heç kim yaşamır. Hasardan tullanıb həyətə keçdim. Pəncərədə setkanı cırıb içəri girdim. Qadın yatmışdı, onu oyadıb 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı, oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər".

Xəbər 3055 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +