Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


10.09.2018  14:54 

Azərbaycan istifadəçiləri də internetsiz qalacaq? - Rəsmi cavab





A+  A-

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.
XəzərNews.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cuzi təsiri ola bilər.

Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure" və ya "SERVFAIL” səhvini göstərə bilər.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı. Artıq dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prosesə hazırdır.

Xəbər 3020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +