Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


26.10.2017  09:37 

Əli Həsənov qaçqınlarla bağlı toplantı keçirdi





A+  A-

Nazirlər Kabinetində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna “əlavə himayə” anlayışının daxil edilməsi ilə bağlı iclas keçirilib.
XəzərNews.az xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iclasda bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis Azərbaycan Hökumətinə iki məsələ ilə bağlı müraciət edib. Birinci məsələ üzrə “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Prezidentin Fərmanı”nın layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Bu məsələ demək olar ki, bütün aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.

İkinci məsələ isə BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolunda qaçqın anlayışı üçün qoyulan meyarlara uyğun gəlməyən, lakin fundamental insan hüquq və azadlıqlarının qorunması baxımından beynəlxalq himayəyə ehtiyacı olan şəxslər üçün sığınacaq təmin etməklə xüsusi statusun – “əlavə himayə”nin verilməsidir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis çıxış edərək hazırda Azərbaycanda qaçqın statusu almış 63 nəfərin olduğunu qeyd edib.

Müzakirələrdən sonra Əli Həsənov bildirib ki, Azərbaycan qısa müddət ərzində dünya ölkələri üçün nümunəyə çevrilib. “Bunu biz demirik. Bütün dünya ölkələri deyir ki, Azərbaycan bütün istiqamətlərdə, istər qaçqınlar və məcburi köçkünlər üçün yaradılan hüquqi baza və şəraitə, istər iqtisadi, istərsə də humanitar sahənin inkişafında dünya ölkələri üçün nümunədir. Bu gün beynəlxalq aləmdə Azərbaycana çox böyük hörmətlə yanaşırlar”.

Xəbər 2899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +