Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


25.10.2017  21:37 

“Lotu Quli” Gürcüstandan çıxarıldı - Özünə başqa ölkədə sığınacaq tapdı





A+  A-

Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.
XəzərNews.az xəbər verir ki, Lent.az-ın “Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.

“Vor zakon”un yeni adresi də artıq bəllidir. Məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. “Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.

Qeyd edək ki, “Lotu Quli“ ilə düşmən olan azərbaycanlı mərhum qanuni oğru Rövşən Lənkəranski də sui-qəsdlə öldürülənə qədər uzun müddət İstanbulda yaşayıb, işlərinə buradan nəzarət edirdi.

Xəbər 2665 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +