Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


25.10.2017  08:43 

“Quli” türmədən birbaşa o qəbrin üstünə getdi - Azadlıqda ilk ziyarət





A+  A-

Oktyabrın 24-də, səhər saat 9-da Azərbaycanda 22 illik fasiləsiz həbsdən sonra 45 yaşlı “qanuni oğru”, kriminal dünyasının yeni “birinci adamı” adlandırılan Nadir Səlifov azadlığa çıxdı.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Praym Kraym” informasiya agentliyi yazıb.

Agentlik qeyd edir ki, “Lotu Quli”nin tezliklə azad olunacağı ilə bağlı aramsız dedi-qodular bu ilin avqustundan yayılıb. Oktyabrın başlanğıcından etibarən isə bu an hər gün gözlənilirdi.

Müşayiətçilər nəzərə alınmazsa, N. Səlifovu anası, həyat yoldaşı və iki uşağı qarşılayıb.

Kriminal avtoritet azadlığa çıxandan sonra ilk olaraq atasının və ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet, ən yaxın şəriki Elşən Məmmədovun qəbirinə baş çəkib.

Gürcüstan vətəndaşı olan avtoritet Azərbaycanı tərk edib. O, gələcəkdə oğruların mərkəzi ola biləcək İstanbula köçməyi planlaşdırır.

“Lotu Quli”nin azadlığa çıxması ilə oğru dünyasında müxtəlif səbəblərdən həyata keçirilməyən dəyişikliklər gözlənilir. O, həbsxanada olmağına baxmayaraq, paradoksal olaraq kriminal aləmdə gedən proseslərə İspaniyada həbsdə olan “Şakro”dan (Kalaşov Zaxariy Knyazeviç) fərqli olaraq daha çox nəzarət edib. Bundan əlavə, “Quli” də “Şakro” kimi “oğru klanlarının münaqişəsi” kimi tanınan Oniani ilə Usoyanın davalarına müdaxilə etmədi, bitərəf qaldı.

Hər necə olsa da, bu gün “bütün ailələrin başçıları” “Lotu Quli” ilə dostluğa çalışırlar, onunla düşmənçilik etməkdən qaçırlar. O, oğru dünyası tarixində ən zəngin fiqurlar olan “Ded Xasan” (Aslan Usoyan) və Rövşən Lənkəranski ilə mübarizə aparıb və həbsdə olsa da, onlardan bir pillə yuxarıda olub.

“Lotu Quli” ilə “partizan müharibəsi” vəziyyətində olan yeganə şəxs “Masallinski”dir (Rafiq Zeynalov). Ancaq bu qarşıdurmanın oğru dünyası ilə heç bir əlaqəsi yoxdur.

Xəbər 4637 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +