Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


22.05.2017  14:06 

Bakıda məmur oğlu ilə sakinlər arasında QARŞIDURMA





A+  A-

Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayev bir müddət əvvəl avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi.
XəzərNews.az xəbər verir ki, musavat.com-un yazdığına görə, Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri məmur oğlundan şikayətçidirlər. Belə ki, binanın 6-cı mərtəbəsindəki 52 saylı mənzildə yaşayan Nicat Abdullayev eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranıb. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.

Sonuncu dəfə iki gün əvvəl Nicat Abdullayevin atdığı butulkalar maşınların üstünə düşüb, əraziyə polis çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. Bina sakinləri çıxış yolunu avtomobillərini Nicatın yaşadığı mənzilin pəncərə və eyvanının altında saxlamamaqda, özləri isə oradan keçməməkdə görürlər.

Sayt yazır ki, N.Abdullayev eyni əmələ görə bir dəfə cəza alıb. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub.

Xəbər 3827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +