Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


24.06.2025  10:37 

Tramp yalan danışır?





A+  A-

“The Tehran Times” bildirir ki, Donald Trampın İran və İsrail arasında yaxınlaşan atəşkəs iddiası Amerika prezidentinin iranlılara təzyiq etmək məqsədi daşıyan növbəti yalanlarından biridir.

Tramp çərşənbə axşamı səhər saatlarında sosial mediaya müraciət edərək iki tərəfin təxminən 12 saat ərzində qüvvəyə minəcək atəşkəsə "tam razılaşdığını" elan etdi.

Görünür, prezident İran hökumətini atəşkəsi qəbul etməyə məcbur etmək üçün yeni yalan uydurur və hesab edir ki, bu addım İran xalqını rəsmilərə qarşı qoya və ölkə daxilində narazılıq yarada bilər.

Tramp daha əvvəl İranın nüvə obyektlərinə hücum edib-etməyəcəyinə qərar vermək üçün “iki həftəyə” ehtiyac olduğu barədə yalan danışmışdı. O, həmçinin İsrailin ölkənin nüvə, hərbi və mülki infrastrukturuna hücum edəcəyinə qərar verərkən iki ay ərzində İranı dolayı danışıqlara cəlb etmişdi.

İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi saxta elana ilk reaksiya verən şəxslərdən biri olub. "ABŞ və İsrail yalan danışır. Onlar İrandan gərginliyi artıra bilmək üçün ölkədə sayıqlığı aşağı salmasını istəyirlər", - o, X-də yazıb.

İran-İsrail müharibəsi iyunun 13-də başlayıb. İranlılar Vaşinqtonla danışıqların altıncı raundunda iştirak etməyə hazırlaşarkən İsrail İranın yaşayış binalarına və nüvə obyektlərinə misli görünməmiş hücumlara başlayıb.

Qeyd edim ki, “The Tehran Times” İranın siyasi eltasına bağlı qəzetdir...

Elbəyi Həsənli

Xəbər 303 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +