200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.10.2017  10:42 

Murad Dadaşovdan jurnalistlərə hörmətsizlik





A+  A-

ATV-də yayımlanan "Maşın şou"nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib.
XəzərNews.az-ın azxeber.com-a istinadən məlumatına görə, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub.

Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş.

Ancaq media Murad Dadaşovun bu yalanını üzə çıxarıb və "Maşın"ı Talıb Talehin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir.

Bundan başqa aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobili də sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb.

Xəbər 2099 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +