Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.12.2017  09:46 

İŞİD-çi erməni Rusiya hərbçisini öldürdü





A+  A-

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevin qətlinə dair istintaq yekunlaşıb.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, qətldə ittiham olunan Arman Cancuqazyan özünü İŞİD terror təşkilatının tərəfdarı hesab edir və qətli də bu motivlə törətdiyini bildirir. Bunu istintaqdan bildiriblər. (“Kavkazskiy uzel”)

Hərbi qulluqçu Dmitri Yalpayevin cəsədi 2017-ci il aprelin 22-də Gümrü hərbi bazasının yaxınlığında aşkar edilib. Onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Qətli törədən 20 yaşlı Arman Cancuqazyan saxlanılıb. İttiham aktında deyilir ki, Stepanavan şəhərinin sakini olan Cancuqazyan kimliyi istintaqa məlum olmayan şəxslərlə əlbir olaraq Yalpayevə “dini fanatizm motivləri ilə” ölümcül bıçaq zərbələr endirib.

Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Cancuqazyan istintaqa ifadəsində İŞİD tərəfdarı olduğunu boynuna alıb. Ona dini, irqi və milli ayrı-seçkilik zəminində adam öldürmə, qanunsuz soyuq silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.

Xatırladılır ki, Cancuqazyanın saxlanılmasından sonra İstintaq Komitəsi onun psixi problemlərinin olduğunu və bu üzdən ordudan tərxis edildiyini açıqlamışdı.

Belə ki, o, 2016-cı ildə hərbi xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib. Bundan sonra o, İrəvan hərbi hospitalının psixiatriya bölməsinə yerləşdirilib və bu ilin mart ayında ordudan tərxis olunub.

Lakin indi İstintaq Komitəsi Cancuqazyanın qətli şüurlu şəkildə, İŞİD tərəfdarı olduğu üçün törətdiyi qənaətinə gəlib.

Xəbər 1634 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +