Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib


15.05.2017  18:03 

Ombudsman Aparatı hərbi hissələri yoxladı





A+  A-

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.
Ombudsman Aparatından XəzərNews.az-a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Ombudsmanın nümayəndələri şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıblar.

Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində müddətli hərbi qulluqçular arasında aparılan hüquqi maarifləndirmə işinin təşkilinin yüksək səviyyədə olması müşahidə edilib.

Qeyd olunub ki, Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi şəhərciyində 60 mənzildən ibarət yaşayış binası ailəli hərbi qulluqçuların istifadəsinə verilib. Mülki Müdafiə Qoşunlarının hərbi şəhərciyində isə bütün növ mebel və avadanlıqlarla təmin edilmiş 40 mənzildən ibarət yaşayış binasının yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Xəbər 3030 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +