Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


18.07.2025  19:13 

2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...





A+  A-

Bakıda yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu - digər adıyla 6 saylı Doğum Evi daha bir qalmaqalla gündəmə gəlib.

Şikayətçi Nərgiz Əmirova iddia edir ki, iyunun 24-də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi üç körpədən ikisi Doğum Evində həyatını itirib. Ana baş verənlərə tibbi səhlənkarlığın səbəb olduğunu bildirir.

Nərgiz Əmirova əməliyyatın həkim Tənzilə Əliyeva tərəfindən aparıldığını, bu xidmət müqabilində isə 2500 manat ödəniş etdiyini bildirir. Doğuşdan sonra isə körpələrin küvəzdə saxlanılması üçün əlavə olaraq 5000 manat tələb olunub. Valideynlər vəziyyətin ciddiliyini nəzərə alaraq tələb olunan məbləği də ödəyiblər.

Lakin məsələ bununla da bitməyib. Uşaq həkimi Şəbnəm Qəhrəmanova dərman və iynələr adı ilə ailədədən əlavə ödənişlər istəyib.

Ana Nərgiz Əmirovanın sözlərinə görə, iyulun 1-də bir, iyulun 7-də isə ikinci körpəsi dünyasını dəyişib. Valideyn hesab edir ki, maddi imkanlarının tükənməsi səbəbindən körpələrə lazımi tibbi yardım göstərilməyib.



Nərgiz Əmirova iddia edir ki, baş həkim Xuraman Bağırova onlara şikayət etməmələri üçün pul təklif edib.

Ailə ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək məsələ ilə bağlı araşdırma aparılmasını və günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edir.

Qeyd edək ki, doğum evinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Əməliyyatı həyata keçirən həkim Tənzilə Əliyeva isə ailədən pul almadığını bildirib və əlavə sualları cavablandırmaqdan imtina edib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Hazırda araşdırma aparılır./Tribunainfo


Xəbər 574 dəfə oxunub.





19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +