Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


28.07.2025  15:33 

Bu kinoşünaslara 22 min manatadək pul veriləcək





A+  A-

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərləri ilə bağlı bir sıra kinostudiya şirkətləri ilə yeni müqavilələr bağlayıb.

XəzərNews.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, ARKA ilə ümumilikdə 5 studiya arasında 6 filmlə bağlı müqavilələr imzalanıb.

Agentlik "Molla Nəsrəddin” və "Əbədi xatirə (Qu sədaqəti)” qısametrajlı animasiya filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Birlik Kinostudiyası” ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 630 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, bu studiyanın rəhbəri tanınmış kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

Bundan əlavə, Agentlik "Ad günü şamları” tammetrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı "Buta film” şirkəti ilə 17 325 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri quruluşçu operator Tural Əhmədsoydur.

Eyni zamanda ARKA ilə "Chinar Film” studiyası arasında isə 14 753 manatlıq müqavilə imzalanıb. Bu müqavilədə "Açıq məktub” qısametrajlı bədii filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması nəzərdə tutulur. Bu studiyanın rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və prodüsser Türkan Hüseynovadır.

Agentlik "Nəsil yaddaşı” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması işlərini isə "Kinobiz” stduiyasına həvalə edib və onunla 14 721 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri isə rejissor, ssenarist Ramil Ələkbərovdur.

ARKA "Xatirələr sahilində” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı isə "Azernyumedia” şirkəti ilə müqavilə bağlayıb. Bu müqavilənin dəyəri isə 9 000 manat təşkil edir. Bu şirkətin rəhbəri isə rejissor, ssenarist və telejurnalist Kamran Qasımovdur.

Xəbər 393 dəfə oxunub.



31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +