Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.07.2023  15:03 

Neynəyək, “kraskasız” çayı necə tanıyaq?





A+  A-

Son bir il ərzində ən azı 30 adda çay almışam. Berqa, Çempion, Special Tea, Final, Phill, Akbar və sair. Ancaq hələ də əsl çaya rast gəlməmişəm.

Çaynikə qaynar su əlavə edən kimi çay “ dəm alır”, olur “pürrəngi”. Bəs nə edək? Normal çayı necə ayırd edək? Bilsəm ki, bahalı çaylar əsl çaydır, bir dəfə onlardan da alıb təcrübədən keçirərdim.

Dünən “ Azerçay” aldım. Dedim bəlkə adındakı” Azer” ( niyə “ Azər” yox “ Azer” dir, onu deyə bilmərəm) sözündən çəkinib normal çay istehsal ediblər.

Paketin üstündə çayı dəmləməyin qaydaları yazılıb. Guya 7-8 dəqiqəyə dəm alır. Ancaq çaynikə qaynar su tökən kimi çay olur “ pürrəngi”, dəm almağa ehtiyac qalmır.

Qida Agentliyi bir müddət əvvəl kolbasaların tərkibi haqda məlumat yaymışdı. Kolbasa əsas qida vasitəsi deyil. Heç də hamı kolbasa yemir. Yaxşı olardı ki, bu agentlik marketlərdəki cürbəcür yağların, çayların, çörəklərin, bulkaların, düyülərin tərkibini yoxlasın.

Bir neçə il əvvəl bir çay almışdım, nədənsə elə hesab etdim ki, normal çaydır. Stəkanların rəngi qıpqırmızı olmurdu. Tələbə yoldaşımla telefonla danışanda o çayı təriflədim, ona da eyni çaydan almağı məsləhət etdim.

Çayın qiymətini soruşdu, dedim, baha deyildi. Tələbə yoldaşımın sözləri hələ də yadımdadır:

–Aldanma, bala. O çayın “ kraskası” yaxşıdır.

Neynəyək, “ kraskasız” çayı necə tanıyaq?

Çoxlarının bəyənmədiyi sovet dövründə dükanlarda uzağı 3-4 sort ( yadımda belə qalıb) çay vardı. Hamısı da normal idi, yəni çay idi, rəngsiz, əlavə qatqısız.

Yeri gəlmişkən, “ Azerçay” ın dəmləmə qaydası ingiliscə də yazılıb. Sanki orta məktəb şagirdi tərcümə edib, sözlərin çoxu səhv tərcümə edilib.

Sevil Gültən


Xəbər 3311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +