Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


29.12.2019  09:42 

Qrip uşaqların məktəbə gəlməsi qadağandır – RƏSMİ





A+  A-

Son zamanlar uşaqlar arasında yayılan qrip virusu valideynləri ciddi narahat edir.
Ümumiyyətlə xəstəlik daşıyıcısı olan uşağın məktəbə gəlməsi nə dərəcədə doğrudur, qrip və bu kimi infeksion xəstəliyə yoluxan uşaqlar uşaqlar neçə gün dərsə gəlməməlidir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov istər məktəbəqədər müəssisə istərsə də orta məktəblərdə qrip olan uşaqların yaxınlıqdakı tibb müəssisələrinə göndərilməli olduğunu bildirib:

“Rayon Gigiyenik Epidomolji Mərkəzlərinə bizim tərəfimizdən bu barədə tapşırıq verilib. Bu cür faktlar təhsil müəssiələrinin tibb işçiləri tərəfindən həyata keçirilıməlidir. Sinifdə qrip uşaq varsa müəllim məktəbin tibb işçisinə xəbərdarlıq etməlidir. Tibb işçisi uşağın hərarətini yoxlamalı, ehtiyac olacağı təqdirdə mütləq şəkildə tibb müəssisəsinə göndərməlidir. Məktəb rəhbərliyi tərəfindən xəstə uşaqların olması ilə bağlı məlumat mütəmadi şəkildə bizim mərkəzə verilməlidir”.

Baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bir xəstə uşağın 10 sağlam uşağı virusa yoluxdura bildiyini deyir:

“Uşaqda qripin əlamətini görən kimi valideyin onu məktəbə və ya başqa təhsil müəssisəsinə yox, həkimə aparmalıdır. Qrip ciddiləşməsə, bronxit yaranmasa orta müddətlə bu xəstəlik 1 həftə, 10 gün çəkir. Nə qədər ki, uşaqda qripin əlamətləri azalmayıb onu insanlar arasına buraxmaq olmaz. Çünki viruslar yalnız xəstəliyin sonuna yaxın tamamilə ölür. Bəzən xəstə uşaqlar xüsusi qoruyucu maskadan istifadə edib dərsə gəlir. Həmin maskalar xəstə uşaqlar üçün yox, sağlam insanların qorunması üçün nəzərdə tutulub. Əgər uşaq qrip halda dərsə gəlirsə maska taxsa belə ətrafa milyonlarla virus buraxır. Unutmaq olmaz ki, bir xəstə uşaq 10 sağlam uşağı virusa yoluxdura bilər”.

Xəbər 3418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +