Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


23.04.2018  14:52 

Hüseyn Bağırov kollektivlə vidalaşdı





A+  A-

Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin əvvəlki postlarında çalışmayacağı dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən nazirlərdən biri də Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. O, bir neçə saat əvvəl kollektivlə görüşərək vidalaşıb. Sabiq nazir əməkdaşlara gələcək fəaliyyətlərində uğur arzulayaraq dövlətin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetrməyi tövsiyə edib.

Məlumatlara görə, Bağırov səhhətindəki problemlərlə əlaqədər məhsuldar fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb.

Onu da əlavə edək ki, yeni kabinetdə təyinat həyata keçirilməyən nazirliklərlə bağlı böyük bir hökumət planı mövcuddur. Bu sahədə ciddi struktur islahatların aparılmasına başlanılıb. Məhz həmin qurumlara nazir təyinatının baş tutmaması da aparılan islahatlarla bağlıdır.

Dəqiq açıqlanmasa da, bir çox dövlət qurumlarının ləğv olunacağı, oxşar sahələri əhatə edənlərin isə birləşdiriləcəyi gözlənilir.

Xəbər 3068 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +