“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2023  18:26 

Qarabağda qarşıdurma artır...





A+  A-

Bu gün Araik Arutunyan gözlənilən qərarı elan elədi. Ruben Vardanyan vəzifəsini itirdi. Onun yerinə Qurgen Nersisyan təyin olundu.


Nersesyanın namizədliyinin Nikol Paşinyan tərəfindən dəstəklənməsi barədə xəbərlər var. Bu yaranmış situasiyada Qarabağ ermənilərinin (daha doğrusu idarəetməni əlində cəmləşdirənlərin) də Nikol Paşinyanın siyasi xətti ilə razılaşmasına bir işarə də ola bilər.

Bu vəziyyətlə Rusiyanın razılaşması real görünmür. Qarabağı nəzarətdə saxlamaq istəyində olan Rusiyanın Nikol Paşinyanın xeyir-duası ilə idarəetmə təyinatının ciddi nəticələri ola bilər. Yəqin ki, bu nəticə özünü çox gözlətməyəcək.

Bu məsələnin görünən tərəfidir.

Situasiyanı aydınlaşdırmaq üçün bir qədər kölgədə qalan qüvvələrin davranışına diqqət eləmək lazımdır.

Bu gün Qarabağ ermənilərinin qanunverici orqanının iclasında hakimiyyətə müxalif olanlar iştirak etməyib. Bu qüvvələrin əsas siması isə Vitali Balasanyandır.

Vitali Balasanyan Daşnaksütunun bölgədə fəaliyyət göstərən özəyi ilə birgə hərəkət edir. Eyni zamanda xaricdəki erməni diasporasında kifayət qədər tanınan Aşot Qulyan da bu birlikdə təmsil olunur.

Daşnakların Vitali Balasanyanı dəstəkləməsi yenilik deyil. Daşnakların dəstəyi varsa demək ki, Balasanyanı erməni diasporası da dəstəkləyir. Aşot Qulyanınn da bu birlikdə olması bu arqumenti bir qədər də gücləndirir.

Xatırladaq ki, Vitali Balasanyan Ruben Vardanyanla münaqişə əsnasında vəzifədən azad edilmişdi. Amma Balasanyanın Nikol Paşinyanla da münasibətləri isti deyildi.

Sadalananlardan belə nəticə çıxarmaq olar ki, bu günə qədər prosesləri kənardan izləyən erməni diasporası baş verənləri qəbul etmir və hərəkətə keçmək üçün münasib anı gözləyir.

Münasib an yetişəndə diaspora və onun dəstəklədiyi qüvvələrin hansı addımı atacağı bəlli deyil. Bu addımlar destruktiv və ya konstruktiv də ola bilər. İndi diasporanın əsas qayğısı Qarabağda ermənilərin qalmasıdır. Buna hansı yolla nail olmaq isə taktiki məsələdir.

İndiki şəraitdə isə görünən odur ki, Qarabağda qarşıdurma artır.

Asəf Quliyev

Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +