“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2023  18:20 

Oksana Marçenkonun əmlakına həbs qoyuldu





A+  A-

Ukrayna Təhlükəsizlik Xidməti vətənində Rusiya təhlükəsizlik qüvvələrini maliyyələşdirməkdə ittiham olunan Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun əmlakına həbs qoyulması ilə bağlı məhkəmə qərarını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, "müsadirə edilmiş aktivlərin ümumi dəyəri 5,6 milyard UAH-dan çoxdur", - agentliyin yerli mətbuata istinadən verdiyi məlumatda deyilir.

Bildirilir ki, məhkəmə qərarı, Marçenkonun ofşor şirkətlər vasitəsilə sahib olduğu iki oblenergoda 14 faiz, üçüncüdə isə 4 faizdən çox səhm paketləri ilə bağlı çıxarılıb.

Məhkəmə həmçinin 10 avtomobilə, iki torpaq sahəsinə və dörd yaşayış binasına - daşınmaz əmlak Kiyev və Krımda yerləşir - həbs qərarı çıxarıb.

Bundan əlavə, “Medvedçukun həyat yoldaşının Ukraynaya qarşı təxribat fəaliyyəti həyata keçirməsi üçün istifadə etdiyi” 18 investisiya, aqrar-sənaye, telekommunikasiya və digər müəssisələrdə aktivlərə həbs qoyulub.

Xəbər 945 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +