“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.10.2017  17:54 

Arif Qaraşovdan qəza açıqlaması - “Cəzasını alacaq...”





A+  A-

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.
O, “Qafqazinfo” ilə əlaqə saxlayaraq hadisəyə aydınlıq gətirib. Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub:

“Hadisə baş verən səhər saatlarında mən oğlumla Azərbaycan-Belarus biznes forumunda iştirak etmişik. Sözügedən seruyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”.

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq:

“ Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

Xəbər 1781 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +