Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.08.2017  10:39 

Füzulidə yeni komplekslər yaradılır - Fotolar





A+  A-

Füzuli rayonunda taxılçılıq, heyvandarlıq, pambıqlıçılıq, baramaçılıq, üzümçülük, şəkər çuğunduru, bostan məhsulları və digər sahələrdə yerli istehsalın artılması, sahibkarlıq fəaliyyəti üçün əlverilşi şərait var.
Rayon İH-dən XəzərNews.az-a daxil olan xəbərdə bildirilir ki, ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq son bir il ərzində rayonda 4 iri fermer təsərrüfatı yaradılıb, Horadiz şəhərində 10 ha ərazidə istixana kompleksi, Üçüncü Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası inşa edilib, 2700 ha sahədə Aqropark yaradılır. Hazırda Aqroparkda infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılıb. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə ölkənin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaq. Aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində, xüsusilə 11 Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaq. Bütün bunlar rayonda sahibkarlar tərəfindən son bir ildə görülən işlərdir.

Füzuli rayonunda strateji məhsul sayılan pambıqçılıq və baramaçılığım inkişafına da xüsusi diqqət yetirilir. Cari ildə rayonun kümçüləri tərəfindən 25 tona yaxın barama istehsal olunmuş, barama istehsalçıları qısa müddətdə 220 min manat vəsait əldə ediblər.




Xəbər 2038 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +