Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.08.2017  09:56 

Bir ailənin üç üzvü yaralandı





A+  A-

Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-ü axşam saat 18 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1952-ci il təvəllüdlü Yusif Qənbər oğlu Nərimanov idarə etdiyi “Lexus” markalı minik avtomobili ilə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarına aşıb. Qəzadan sonra sürücü Yusif Nərimanov, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Kəmalə Nadir qızı Nərimanova və onların 2010-cu il təvəllüdlü övladı Nərmin Nərimanbəyli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxansına (MRX) aparılıblar.

Şəki MRX-dan bildirlib ki, yaralılardan Kəmalə Nərimanova müalicəsi xəstəxananın reanimasiya, Yusif Nərmanov isə cərrahiyə şöbəsində aparılır. Nərmin Nərimanbəylinin xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər 1764 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +