Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?


15.06.2025  16:16 

Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı





A+  A-

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində keçirilən nüfuzlu "Glory100" yarışındakı ağır məğlubiyyətdən sonra ilk dəfə açıqlama verib.

İdmançımız sosial media səhifəsində azarkeşlərə müraciətində bu sözləri yazıb.

"İdmanda bəzən qalib gəlirsən, bəzən isə uduzursan. Dünən mən uda bilmədim və sizə sevinmək, mənimlə fəxr etmək şansını verməyi bacarmadım. Hərdən emosiyalara nəzarət etmək çətindir. Bu, bəhanə deyil. Lakin daha güclü qayıdacağıma söz verirəm. Mən rəqibimi qələbə münasibətilə təbrik edirəm. Gələn dəfə görüşərik. Sizi sevirəm və dəstəyinizə görə minnətdaram", - deyə B.Rəcəbzadə vurğulayıb.

Xatırladaq ki, yarışın 3-cü qrupunda çıxış edən "Qızıl qurd" ləqəbli həmyerlimiz birinci döyüşdə albaniyalı Asdren Qaşini 1-ci raundda nokaut edib.

Amma qrup qalibi olmaq uğrunda yerli Mari Kromahla görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Bu dəfə güclü diz zərbəsindən sonra Bəhram özü birinci raundda nokauta düşüb. (Offsideplus.az)

Xəbər 1742 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +