Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


05.03.2025  14:40 

Demokrat senator Donald Trampı tənqid etdi





A+  A-

Demokrat senator Elissa Slotkin ABŞ prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsinə yanaşmasına görə tənqid edib. Qeyd edib ki, Trampın “güc vasitəsilə sülh” mövqeyi keçmiş prezident Ronald Reyqanı məzar da belə narahat edir.

XəzərNews.az xəbər verir ki, bu barədə martın 5-də Washington Post qəzeti yazıb.

Slotkin Trampın ABŞ Konqresindəki çıxışından sonra amerikalılara müraciət edib.

Slotkin Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsinə toxunaraq deyib:

"Prezident Tramp güc vasitəsilə sülhdən danışmağı sevir. Bu, Reyqandan oğurladığı ifadədir. Amma sizə deyim ki, keçən həftə Oval kabinetdə baş verən tamaşadan sonra Reyqan yəqin ki, məzarında fırlanır".

Senator vurğulayıb ki, Reyqanın yerinə Tramp “soyuq müharibəni bizim üçün uduzardı”:

“Soyuq Müharibənin övladı kimi mən minnətdaram ki, 1980-ci illərdə Reyqan hakimiyyətdə idi, Tramp yox”.



Xəbər 1021 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +