Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


20.05.2023  10:04 

“Əhaliyə xeyli sayda cərimələr yazırlar” - “Azəriqaz”ın sayğac hoqqası...





A+  A-

“Bizdə də smart tipli sayğacdır. Mexaniki sayğacların əksəriyyəti 2018-ci ildə gəldi. Ekspertin bizə verdiyi məlumata görə, mexaniki sayğaclar o qədər də keyfiyyətli deyil. Bilirsiniz ki, smart tipli sayğaclardan heç vaxt şikayət olmur. Çünki onlar “beyin” sayğaclardır, mexaniki isə belə deyil. Smart tipli sayğaclara müdaxilə edə bilmirlər. Bəzən plombu qırmağa cəhd edirlər. Nazirlər Kabinetinin qərarında da deyilir ki, abonentin sayğacının üstü mütləq qaydada örtülməlidir ki, kənar müdaxilə olmasın. Bütün sayğaclar çölə çıxarılıb. Kənar müdaxilə varsa, düşünürəm, bunu “Azəriqaz” özü təşkil edir. Bundan abonent cavabdeh olmadığına baxmayaraq, qeyri-qanuni olaraq abonenti cəzalandırırlar. Smart tipli sayğacların mütləq şəkildə mexaniki ilə əvəz edilməsi barədə Nazirlər Kabinetinin qərarına rast gəlməmişəm. “Azəriqaz” guya gələcəkdə “ağıllı” hesab etdiyi sayğacları dəyişdirəcək. Bildiyiniz kimi, bu sayğaclar Azərbaycanda istehsal olunur. Təcrübəmə əsaslanaraq deyirəm ki, “Azəriqaz”ın dəyişdirəcəyi sayğaclar keyfiyyətcə Azərbaycanda istehsal olunan sayğaclardan da aşağı olacaq. Şəxsi fikrimdir, zaman göstərəcək...”

XəzərNews.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, hazırda bütün sayğacların dəyişdirilməsi prosesi getməməlidir: “Belə bir qərar yoxdur. Sadəcə, bütün sayğacların pasportu olur ki, zəmanəti nə qədərdir. Ancaq Nazirlər Kabinetinin qərarında deyilir ki, beş ildən bir sayğaclar yoxlanılmalıdır.

“Azəriqaz” “Nazirlər Kabinetinin qərarı” deyə-deyə durub. Mən həmişə oxuyuram. Belə bir yeni qərar olub-olmadığını bilmirəm ki, mütləq sayğaclar əvəzlənməlidir. Niyə bu sayğaclara “ağıllı” deyirlər, başım çıxmır. Mən bu sayğacları “daha yüksək sürətli sayğac” adlandırardım. Sayğaclar laborator yoxlamadan keçməlidir, ehtiyac varsa, onda dəyişdirilməlidir. "Azəriqaz” nümayəndələri artıq müğənniləri də ötüb, “Facebook”dan çıxmırlar, rayonları gəzirlər. Bir az kobud səslənsə də, şou göstərirlər. Sayğacların dəyişdirilməsində hansı qərara, nəyə əsaslanırlar, bilmirəm. Əhaliyə xeyli sayda cərimələr yazırlar. Guya sayğac yaxşı işləməyib, əhaliyə çox böyük məbləğdə əlavə ödəniş yazırlar. Mənim başım çıxmır ki, əhali o sayğacı özü quraşdırıb? Yaxud əhali özü yoxlamalıdır ki, bu sayğac düz yazır, ya yox? Sayğacların dəyişdirilməsi prosesi bəhanədir. Evləri gəzirlər. Pis çıxmasın, “Azərqaz”ın hazırda həyata keçirdiyi “sayğac siyasəti”ni bəyənmirəm. Düşünürəm, bu, əhaliyə qarşı yenə də əlavə qaz itkisinin bağlanması ilə əlaqədar gedən siyasətdir”.

Xəbər 1490 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir


BÜTÜN XƏBƏRLƏR +