AZAL-ın bu istiqamətdə reysləri ləğv olunub
Heydərov Gəncəyə rəis təyin etdi
ABŞ ilə danışıqlar aparmaq mənasızdır - İran XİN sözçüsü
Ruslar İsraili tərk edir
Parisdə Azərbaycan mədəni irsi təqdim olundu
İsrailə qarşı əməliyyatlar davam edəcək - İran
Demokratları “ovlamaqda” şübhəli bilinən şəxs həbs edilib
Korrupsiyadan yazan jurnalist edam edildi
Mİ6 kəşfiyyat agentliyinin yeni rəhbəri... - İlk dəfə qadın olacaq
Xəzərdə zəlzələ qeydə alınıb


24.03.2020  15:39 

Sabah hava necə olacaq?





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a bildirilib ki, martın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti.

Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Xəbər 1949 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +