İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH


22.01.2024  08:03 

Suriyada yerləşən ABŞ hərbi bazasına hücum edilib





A+  A-

Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Kanlın məlumatına görə, hərbi obyektin ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda aydın eşidilib.

Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti hərəkatı üzərinə götürüb. Qurumun Telegram kanalında yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hücumu “Qəzza zolağında fələstinlilərin qırğınına cavab olaraq” həyata keçirib. Mətndə deyilir ki, “hərəkat həm İraqda, həm də qonşu ölkələrdə Amerika işğalçı qüvvələrinə qarşı mübarizəni davam etdirəcək”.

Bundan əvvəl Suriyanın Hasəkə əyalətinin cənubunda, Əl-Cəbbis neft yatağının yaxınlığında yerləşən ABŞ bazası üzərində kamikadze pilotsuz təyyarələr peyda olub. Hava hücumundan müdafiə sistemləri onlara atəş açdı. Hücumun nəticələri barədə məlumat verilmir.//APA

Xəbər 905 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +