Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət


13.07.2022  15:42 

“Yəqin ki, “Aİ-92” markalı benzinin və dizelin də qiymətini qaldıracaqlar”.





A+  A-

“Neft istehsal edən, iki neftayırma zavodu olan ölkədə niyə 95 markalı benzini özümüz istehsal etmirik, gedib qonşudan alırıq”.

XəzərNews.az xəbər verir ki, bBu sözləri Yeniavaz.com-a açıqlamasında deputat, əməkdar jurnalist Aqil Abbas bildirib.

O vurğulayıb ki, benzinin qiymətinin qalxması bütün bazar qiymətlərinin qalxması deməkdir:

“Birazdan yəqin ki, “Aİ-92” markalı benzinin və dizelin də qiymətini qaldıracaqlar”.

Deputatın sözlərinə görə, yanacaq artanda ərzaq da bahalaşır və bu da əhaliyə pis təsir göstərir:

“Yanacaq bahalaşanda hər şey bahalaşır, əlbəttə əhaliyə pis təsir edəcək. Dünyaya neft satan ölkədə benzin baha olarmı?!”

Qeyd edək ki, ötən gün “Aİ-95” markalı benzinin qiyməti 1.6 manatdan 2 manata qalxıb. Bu gün isə “Aİ-98” markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2.3 manat olub.

Xəbər 1461 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +