Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?


15.03.2021  15:54 

Fransa da Avropa İttifaqından çıxır?





A+  A-

Fransanın nüfuzlu “Le Figaro” qəzetinin yazarı Laurent Herble Avropa İttifaqının koronavirus pandemiyası zamanı qeyri-kafi və yararsız qaldığını və Parisin də ittifaqdan çıxa biləcəyini iddia edib.
XəzərNews.az xəbər verir ki, bu barədə o, nəşrdə dərc olunan “Avropa İttifaqında sonun başlanğıcıdır” adlı məqaləsində bildirib.

Məqalədə Avropa İttifaqının koronavirus epidemiyasındakı rolunu tam üzərinə götürə bilmədiyi və fəaliyyətinin qeyri-kafi olduğu qeyd olunub.

Herble məqaləsində Fransanın da İngiltərə kimi Aİ-dən çıxa biləcəyini vurğulayaraq “Frexit” bənzətməsindən istifadə edib.

“Aİ qeyri-adekvat bir quruluşdur”,- deyə o, məqaləsində qeyd edib.

Aİ-nin xüsusilə epidemiyanın səbəb olduğu iqtisadi problemlərdə effektiv həll ortaya çıxara bilmədiyini deyən Herble, “Avropa Birliyi bizi maliyyə, iqtisadi və ya tibbi böhrandan qoruya bilmədi. AB bizi iflic edən, diqqəti yayındıran və bizi qorumaq üçün heç bir şey etməyən qeyri-adekvat bürokratik quruluşdur”,- deyə ittifaqı tənqid edib.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən “Brexit” üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

Bu ilin yanvarın 1-i isə İngiltərənin Avropa İttifaqından çıxmasından (“Brexit”) sonra keçid dövrü sona çatıb və tərəflər arasında əməkdaşlıq və ticarət mövzusunda razılaşmalar qüvvəyə minib.

Xəbər 1465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +